Argentina klubu Buffonu transfer etmək istəyir

16 Aprel 2018 20:06

"Yuventus"un qapıçısı Canluici Buffon mövsümün sonunda azad agent ola bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Boka Xuniors" təcrübəli qapçı ilə maraqlanır. Buenos-Ayres klubu ona 6 aylıq müqavilə təklif etmək istəyir. "Yuventus"un sabiq futbolçusu Karlos Tevez Buffonu inandırmağa çalışacaq ki, Libertadores kubokunu qazanmaqda "Boka"ya kömək etsin. Buffon mövsümün sonunda karyerasını başa vurmaq fikrindədir.

Milli.Az