"Bəzi insanlar bizim ardıcıl 8-ci dəfə yarımfinala çıxmağımızdan narahatdır"

16 Aprel 2018 22:26

"Real"ın yarımmüdafiəçisi Lukas Vazkes komandanın Çempionlar Liqasında keçirdiyi son oyunla bağlı sualı cavablandırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu "Yuventus"un qapısına təyin olunan penalti barədə bunları deyib:

"Bəzi insanlar bizim ardıcıl 8-ci dəfə yarımfinala çıxmağımızdan narahatdır. Bu, onlarda həsəd oyadır. Bir çoxları bizim uğursuzluqlarımıza sevinir. "Yuventus"la oyunda təmiz penalti vardı. Artıq ötüb keçmiş bir şeyə böyük diqqət yetirirlər. Bu penaltini İtaliyadan çox, İspaniyada müzakirə edirlər.

"Bavariya" Avropanın ən güclü klublarından biridir. Fantastik qarşıdurma olacaq. Münhen klubunda dostum Xames oynayır. Amma ümid edirəm ki, o, finala çıxmayacaq".

Milli.Az