"Full" paketlərinə 50 minədək "Nar" abunəçisi qoşulub

16 Aprel 2018 13:30

"Nar"-ın sərfəli "Full" paketlərindən istifadə etmiş abunəçilərin sayı qısa müddət ərzində 50 minə çatıb. Sərfəli qiymətə ölkədaxili danışıq dəqiqələri və bol internetin daxil olduğu paketlərin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir. Xatırladaq ki, "Nar"-ın təqdim etdiyi "Full" paketləri Azərbaycanın mobil rabitə bazarında ilk dəfə olaraq "yanmayan" bonuslar təcrübəsinə əsaslanır. Belə ki, keçirilmiş çoxsaylı sorğular və abunəçilərin istəkləri  əsasında bonusların yanmaması və bir sonrakı aya keçirilməsi təmin edilib. Abunəçilərin sorğularına əsasən, bonusların toplanmasından başqa, həm də qalıq bonusların dəyişdirilməsi funksiyası - "Exchange" təklifi irəli sürülüb. 

Beləliklə, "Full" paketlərinin daha bir özəlliyi "Nar" abunəçilərinin dəqiqələri meqabaytlara və ya, əksinə, meqabaytları dəqiqələrə dəyişə bilmək imkanına sahib olmalarıdır. Bununla daha bir ilkə imza atmış "Nar" artıq "Full" paketlərinin istifadəçilərinə öz bonuslarından istədikləri şəkildə istifadə etmək, onları  digər bonuslarla dəyişmək fürsətini də verib. "Exchange" təklifi çərçivəsində mümkün olan bu fürsət sayəsində abunəçi topladığı yüzlərlə dəqiqə və megabaytları dəyişə bilir. 

Rominqdə olan "Full" istifadəçiləri də toplanan bonuslardan növbəti ayda istifadə etmək fürsəti qazanırlar. Belə ki, Türkiyə və ya İranda rominqdə olan "Nar" istifadəçiləri 2 GB-dək internet bonusu əldə edirlər. 

"Full" paketləri haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar. 

"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.

"Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2017-ci ilin 2-ci rübündə müstəqil beynəlxalq şirkət olan "P3 Communications" tərəfindən keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən, dinamik inkişaf və şəbəkənin genişləndirilməsi istiqamətində görülmüş işlər sayəsində "Nar" şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.

"Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 2 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir.