Paşinyan: "İclas parlament binasından kənarda olarsa, Yerevana nəzarəti ələ alacağıq"

16 Aprel 2018 13:10

Ermənistan Milli Məclisinin iclası parlament binasından kənarda olarsa, Yerevana nəzarəti ələ alacağıq.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə "Çıxış" blokunun parlament fraksiyasının rəhbəri, "Mənim addımım" təşəbbüsünün lideri Nikol Paşinyan deyib.

O bildirib ki, bu halda Serj Sarkisyanın baş nazir təyin edilməsinə etiraz edən aksiya iştirakçıları bütün Yerevanın küçələrini bağlayacaqlar.

Onun sözlərinə görə, onların əsas məqsədi parlamentin sabahkı iclasını pozmaq və küçələrdə vətəndaşların olmasını təmin etməkdir.

Xatırladaq ki, dünən N.Paşinyan bazar ertəsi Yerevandakı körpüləri, küçələri, metroları bağlamağa çağırıb. Bu gün səhər saatlarından etibarən etirazçılar paytaxtın bir sıra vacib küçə və prospektlərini qismən bağlayıblar.

Milli.Az