Qızları arıqlasın deyə... ona plastik əməliyyat hədiyyə etdilər

16 Aprel 2018 21:44

Valideynləri arıqlayan qızlarını silikon döşlə mükafatlandırıblar. Milli.Az musavat.com-a istinadən bildirir ki, 23 yaşlı qız valideynlərinə 38 kilo arıqlamağa söz verib. Britaniyanın Mançester şəhər sakini Hollo Modlinski Misirdə çalışdığı müddətdə xeyli kökəlibmiş.

"Mən evə qayıdanda valideynlərim gördülər ki, xeyli çəki almışam" deyən qızın sözlərinə görə, valideynləri ondan arıqlamaq barədə düşünməyi xahiş ediblər. Hətta onlar vəd ediblər ki, qızları arıqlasa ona plastik əməliyyat üçün pul da versinlər.

Son nəticədə Holli ağır dietaya girib və birinci həftə boyunca yeddi kiloqram atıb. Dördüncü aya girəndə isə onun çəkisi 78,5 kilo olub. Buna baxmayaraq, o, hesab edib ki, xarici görünüşü heç də yaxşılaşmayıb. "Mən öz bədənimə nifrət edirdim və nəticədə tam 38 kilo arıqladım. Döşlərim boşalmış qum torbalarına bənzəyirdi".

Bu zaman valideynləri ona verdikləri vədi xatırladıblar və arıqladığı üçün döşlərinin böyüdülməsi əməliyyatına 5 min fun sterlinq veriblər. "Əməliyyat bir saatdan artıq çəkib. Amma mən əməliyyatdan sonra tam yeni qadın olaraq oyandım", - deyə o bildirib. Qız deyir ki, heç vaxt şəkil çəkdirməyi sevməyib. Amma indi daim selfi çəkdirir.

Milli.Az