7 yaşlı alpinist Afrikanın ən hündür dağını fəth edib - FOTO

16 Aprel 2018 12:52

Hayderabad şəhərindən olan yeddi yaşlı alpinist Samanyu Pothuracu Afrikanın ən hündür dağı olan Kilimancaronu fəth edib.

Milli.Az report-a istinadən xəbər verir ki, oğlan dağın ən yüksək zirvəsi olan və dəniz səviyyəsindən 5895 metr yüksəklikdə yerləşən Uhuro nöqtəsini fəth edib.

Dağa dırmanma bu il martın 29-da başlayıb və aprelin 2-də sona çatıb, bundan sonra S.Pothuracu Hindistana geri dönüb. O, dağa ölkəsinin dövlət bayrağı ilə qalxıb və onu dağın zirvəsinə sancıb.

"Gün yağışlı idi. Bir az qorxurdum, ayaqlarım ağrıyırdı, yolun yarısında istirahət məqsədi ilə dayandım, amma sonradan zirvəni fəth edə bildim", - alpinist deyib.

Oğlanı dağa qalxan zaman anası, eləcə də məşqçi və daha bir alpinist müşayiət edib. İndi S.Pothuracu Avstraliyaya gedib bu qitənin ən yüksək zirvəsi olan Kostyuşkonu fəth etmək niyyətindədir.

Onun anası bildirib ki, o, azyaşlı uşağının fəth etdiyi zirvələr baxımından dünya rekordu müəyyənləşdirməsini arzulayır.

Milli.Az