Dünyanın ən bahalı serialı - 5 mövsüm üçün 1 milyard dollar - VIDEO - FOTO

16 Aprel 2018 11:07

Dünya mətbuatında "Üzüklərin hökümdarı" trilogiyası haqqında ilk məlumatlar yayılıb.

Milli.Az xəbər verir ki, 5 mövsüm davam edəcək serialın prodüsinqini "Amazon" şirkəti öz üzərinə götürüb. Çəkilişlərin isə 2 il müddətində başlanacağına söz veriblər.

Ən önəmlisi isə serialın çəkilişləri "Üzüklərin hökümdarı" və "Hobbit" trilogiyalarının rejisoru Pitr Çeksona həvalə edilib.

Verilən məlumatlara görə, "Amazon" serialının 5 mövsümü üçün 1 milyard dollar büdcə ayırıb.

Qeyd edək ki, ilk trilogiya üçün 500 yay, 10000 ox, 20000 geyim, 50000 zireh hazırlanmışdı.

Kamil Abbas
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dünyanın ən bahalı seriyalı - 5 mövsüm üçün 1 milyard dollar ayrılıb