Cavanşir Məmmədov bağını 600 minə satıb?

16 Aprel 2018 10:45

Əməkdar artist Cavanşir Məmmədov bağ evini satıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni bu haqda "O başdannan" verilişində deyib. O bildirib ki, bağı Mərdəkanda yerləşirdi:

"Vaxtım yox idi ora gedib-gəlməyə. Mənsiz də ailəm ora getmirdi. Ona görə də nəyə lazımdır? Bu yaxınlarda satdım".

Aparıcı Şəhla Vakkasın (Çiçək) "500 minə satdınız" sözlərinə C.Məmmədov münasibət bildirməyib.

Əməkdar artist Firuzə İbadova isə "600 minə yaxın idi" cavabını verib.

Milli.Az