Buşun xanımı ölümcül xəstədir - FOTO

16 Aprel 2018 11:35

ABŞ-ın sabiq prezidenti ata Corc Buşun xanımı, 92 yaşlı Barbara Buş hospitallarda bir neçə uğursuz müalicə kursundan sonra yeni müalicədən imtina edib.

Milli.Az ABC-yə istinadən bildirir ki, Barbara Buş hospitala getməkdən boyun qaçıraraq ailəsinin yanında qalmaq istədiyini söyləyib.

Ölümcül xəstə olan Barbara Buşun xəstəliyinin adı açıqlanmır. 2017-ci ildə bronxit və zobdan müalicə olunan B.Buş 2009-cu ildə ürəyində əməliyyat olunmuşdu.

Bu arada CBS News telekanalının saytında Barbara Buşun vəfat xəbəri və nekroloq dərc olunub.

Yazının başlığında "Dərc olunmasın" sözləri vardı. Bir qədər sonra məqalə saytdan yığışdırılıb.

Milli.Az