Nalçikdə bazardakı güclü yanğın davam edir

16 Aprel 2018 09:56

Bu gün səhər saatlarında Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Nalçik şəhərindəki bazarda güclü yanğın baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 2 min kv.m sahəni əhatə edən yanğın artıq ikinci ticarət pavilyonuna keçib.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin 75 əməkdaşı, 13 texnikası çalışır.

Xəsarət alanların olmadığı bildirilir.

Milli.Az