Erməni baş məşqçiyə oyun zamanı xoruz atıldı - VİDEO

16 Aprel 2018 09:41

Rusiyanın "Luç-Energiya" futbol komandasının baş məşqçisi Aleksandr Qriqoryana oyun vaxtı diri xoruz atılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə I Divizionda XXXIII turun "Fakel" komandası ilə səfər qarşılaşmasında baş verib. Erməni baş məşqçini aşağılayan şəxsin Vladivostok komandasının azarkeşi olduğu bildirilir. Qriqoryanla münaqişədə olan həmin şəxs tutularaq, stadiondan çıxarılıb. Baş məşqçi isə özünü piss hiss etdiyi üçün oyunsonrası mətbuat konfransına qatılmayıb.

Qeyd edək ki, Voronejdə keçirilmiş görüş "Fakel"in qələbəsi ilə yekunlaşıb - 3:1. Meydan sahiblərinin heyətində qış fasiləsinədək azərbaycanlı yarımmüdafiəçi Samir Məsimov da çıxış edib. Lakin o, fevralda transferə çıxarılıb. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

В главного тренера-армянина бросили живого петуха