Neft ucuzlaşıb

16 Aprel 2018 09:27

Dünya birjalarında neft yenidən ucuzlaşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,58 dollar və ya 0,86% azalaraq 66,81 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,73 dollar və ya 1,01% azalaraq 71,85 dollar təşkil edib.

Milli.Az