Makron Rusiyaya səfər edəcək

16 Aprel 2018 08:59

Fransa prezidenti Emmanuel Makron Rusiyaya səfər edəcəyini təsdiq edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Fransa prezidenti "BFMTV" telekanalına müsahibəsi zamanı səfərin may ayında baş tutacağını bildirib.

Qeyd edək ki, daha əvvəl Emmanuel Makronun Moskva və Sankt-Peterburqa səfər edəcəyi bildirilirdi. Şərqin Suriyaya endirdiyi zərbələrdən sonra Fransanın XİN rəhbəri Jan-iv Le Drian bildirmişdi ki, Makronun Rusiyaya səfəri dəqiqdir.

Milli.Az