İranda zəlzələ olub

16 Aprel 2018 08:49

İranın şimal-qərbində 3,7 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Təbriz şəhərindən 83 kilometr şimal-qərbdə, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az