Polis baş leytenantı yol qəzasında ölüb

16 Aprel 2018 08:21

Ötən gecə Salyan rayonunda ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, Neftçala rayon sakini 1994-cü il təvəllüdlü Niftəliyev Rza Şirvan oğlu "Priora" markalı minik avtomobilini idarə edərkən idarəetməni itirib və avtomobil Kürqaraqaşlı kəndində yol kənarındakı dirəyə çırpılıb.

Neftçala Rayon Polis şöbəsinin əməkdaşı, polis baş leytenantı olan R. Niftəliyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az