Rusiyalı gimnast: "Bakıda Avropa Çempionatında idmançılar üçün bütün şərait yaradılıb"

16 Aprel 2018 08:15

Bakıda Avropa Çempionatında idmançılar üçün bütün şərait yaradılıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə batut gimnastikası üzrə Avropa Çempionatının qalibi Rusiyalı gimnast Yana Pavlova deyib.

Y.Pavlova bildirib: "Mən öz qələbmə çox şadam. Etiraf edirəm ki, narahat və həyəcanlı idim, lakin özümü toplaya bildim".

Rusiyalı gimnast qeyd edib ki, Çempionar yüksək səviyyədə təşkil edilib: "Qarışıqlıq yoxdur, hər şəy sakit keçir. İdmançılar üçün bütün şərait yaradılıb, gözəl zaldır. Bizə azarkeşlik edən izləyicilər köklənməyə və yaxşı çıxış etməyə çox kömək edirlər. Çempionatın əyləncə proqramıda əhval-ruhiyyəni qaldırır".

Qeyd edək ki, aprelin 15-i Milli Gimnastika Arenasında batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında yarışların sonuncu gününə start verilib. Turnirin son günü hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olub. Bu gün hər üç növü üzrə yeniyetmələr və böyüklər arasında fərdi final yarışları keçirilib.

Azərbaycanı yarışlarda kişilər arasında sinxron cütlük - İlya Qrişunin və Ruslan Ağamirov, qadınlar arasında Svetlana Makştareva və Veronika Zemlyanaya təmsil edir, ikili mini-batut üzrə isə Selcan Musayeva təmsil edib.

Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən çox idmançı iştirak edir.

Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.

Milli.Az