Toyuq bəsləyirdi, xoruza çevrildi - VİDEO

15 Aprel 2018 23:56

Türkiyənin Kastamonu vilayətində hobbi olaraq toyuq bəsləyən bir şəxs, həmin toyuğun xoruza döndüyünü iddia edib. Məsələni araşdıran Kastamonu Universiteti Veterinarlıq fakültəsinin müəllimi, dosent Mustafa Hitit də bu faktı təsdiqləyib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, təqaüdçü Perihan Gürcan, hobbi olaraq toyuq bəsləməyə başlayıb. Bir müddət sonra toyuğun artıq yumurtlamadığını müşahidə edib. Gürcan, toyuğun xoruza döndüyünü iddia edib və Kastamonu Universiteti Veterinarlıq fakültəsinin əməkdaşlarını araşdırmaya dəvət edib. Onlar isə öz növbələrində bu faktı təsdiq ediblər.

Gürcan hadisənin tədricən baş verdiyini, əvvəlcə tüklərin, sonra isə səsin dəyişdiyini bildirib. Təqaüdçü artıq neçənci dəfədir bu hadisənin başına gəldiyini deyib.
Kastamonu Universiteti Veterinarlıq fakültəsinin müəllimi, dosent Mustafa Hitit isə belə bir hadisəyə 1000-də bir, 1500-də bir rast gəldiyini qeyd edib. Hitit buna toyuqların yedikləri qidaların içərisindəki testosteronun miqdarının çoxluğu səbəb olur.

Milli.Az