Biz hamımız Mixail Malkinin qızıl medal qazana biləcəyini gözləyirdik - Baş məşqçi

15 Aprel 2018 23:04

Biz hamımız Mixail Malkinin qızıl medal qazana biləcəyini gözləyirdik.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın tamblinq üzrə yığmasının baş məşqçisi Adil Hüseynzadə deyib.

Xatırladaq ki, Azərbaycan gimnastı Mixail Malkin Bakıda keçirilən Avropa Çempionatında tamblinq üzrə qızıl medal qazanıb.

Baş məşqçi bildirib: "Açığı, hamımız gözləyirdik ki, Mixail Malkin qızıl medal qazana bilər, çünki onun çox yaxşı texnikası və icrası var. O özü özü ilə yarışıb, əgər o, proqramını bacardığı kimi edirsə, o zaman əlbəttə qalib gəlməlidir. Nəyə goğru gedirdiksə - hər şeyə nail olduq".

Azərbaycan yığmasının tamblinq üzrə baş məşqçisi idmançıları qələbəyə kökləməyi barədə də danışıb: "Mən ona deyirəm ki, sən ən yaxşısan, inan buna, lakin o özüdə bunu bilir. Bu gün yanlnız Mixailin həyacan ilə bacarmasına görə həyəcanlanırdım".

Adil Hüseyinzadə vurğulayıb ki, bütün xarici qonaqlar Bakıda Çempionatın təşkilatından heyrandılar: "Xarici qonaqların hər şey xoşuna gəlir, bizim yarışlar hamısından fərqlənir. Hamı heyran qalıb, hətta çoxları belə olacağını gözləmirdi".

Milli.Az