Bu ev 13 ildir satılmır - FOTO

16 Aprel 2018 07:21

İngiltərənin Krosbi bölgəsində 6 otaqlı bir ev 13 ildir satılmır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, qiyməti 75 min funta qədər düşən villanın satılmama səbəbi içidir. 

Belə ki, üzdən xoş görünüşülü evin içindəki kələ-kötür bəzəklər və əşyaların sıxlığı ora girənin ürəyini sıxır.

Gillian Wols və ərinin 30 ildir yaşadığı həmin ev antik mağazanı xatırladır. 

Cütlük bu evdə xoşbəxt yaşasa da, amma evin göz yoran dekorasiyası onu almaq istəyənləri oradan uzaqlaşdırır.

Milli.Az