"Ayxan, rədd ol, get!"

15 Aprel 2018 22:13

Topaz Premyer Liqasının XXIII turunda "Neftçi" ilə qarşılaşan "Zirə" oyunu baş məşqçisiz bitirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qarşılaşmanın sonlarında yerli azarkeşlərin Ayxan Abbasovu istefaya səsləməsi onun sərt reaksiyası ilə nəticələnib.

Ehtiyat oyunçular skamyasındakı su qablarını təpikləyən Abbasovun hərəkəti hakimlərin diqqətindən yayınmayıb. Texniki zonadan uzaqlaşdırılaran baş məşqçiyə azarkeşlərin etirazı davam edib.

Yerli fanatlar "Ayxan, rədd ol, get!" şüarı səsləndiriblər. Yalnız oyunçuların müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, matç "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az