O, komanda yoldaşlarının əziyyətini yerə vururdu - Tərlan Əhmədov

15 Aprel 2018 22:11

Üç xal qazanmaq üçün əlimizdən gələni etdik. Səhvsiz oynamağa çalışırdıq. Futbolçularımı təbrik edirəm. Kubok oyunundan sonra fikirləşirdim ki, ağır olacaq, çünki təbii ot örtüyündən süniyə keçid bir balaca problem yaradır. Birinci hissədə də bunun şahidi oldum. İkinci hissədə isə üstünlük qazandıq. Futbolçular qabağımıza hansı məqsəd qoyduğumuzu yaxşı dərk edirdi".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov deyib.

Topaz Premyer Liqasının XXIII turunun "Zirə" ilə oyunundan sonra mətbuat konfransı keçirən mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- "Qəbələ" ilə cavab oyunu barəsində nə deyə bilərsiz?

- Hələlik üstünlükdən söhbət gedə bilməz. Hər şey ayın 18-i həllini tapacaq. Şanslar bərabərdi.

- Uzun müddət idi ki, "Zirə"ni məğlub edə bilmirdiz. Bu, əlavə motivasiya verdimi tilsimi qırmaq üçün?

- Elə yanaşmıram. Çünki çempionatda da "Sumqayıt" arzuolunmaz rəqib idi. Bütün oyunlar eynidi. Rəqibləri fərqləndirmirik. İşlədiyimiz klub "Neftçi"di, harda olduğumuzu dərk etməliyik. Futbolçular da bilirdi ki, çoxdandı qalib gələ bilmirik "Zirə"yə. Bu gün gördüyümüz işlərin bəhrəsini gördük sadəcə.

- İlk dəqiqələrdə rəqib təzyiq edirdi. Qırmızı vərəqə işinizi asanlaşdırdımı?

- O vaxta qədər artıq öndəydik. Hadisələrin gedişatını bilmək olmaz. Qırmızı verilibsə, deməli hakimlər qırmızı olduğunu düşünüblər. İlk dəfədi ki, penal vurduq, buna əlavə sevindim. Futbol səhvlər oyunudu. Məcburuq ki, rəqibin səhvlərindən faydalanaq.

- Komanda istədiyimiz kimi oynadı, ya çatışmazlıq var idi?

- Heç kim deyə bilməz ki, çatışmazlıq yoxdu. Oyundan-oyuna səhvlər üzərində işləyrik. Daha da yaxşı olmalarını istəyirəm. Ancaq istədiyim kimi olmaları üçün, 8 ay yox, bundan sonra hələ 1 il də lazımdı.

- Qatodan narazı idiz sanki, sonradan Mezzo Kolli ilə əvəzlədiz...

- Qato mən istəyən kimi oynamır, ona görə də, aqressiv idim ona qarşı. Mən komanda oynuna üstünlük verirəm. Fərdi ouyun ancaq cərimə meydançasında olar. Səhvlər edir, qalanların əməyini yerə vurur. Məcbur oldum dəyişdim. İki gündən bir oyun olur, az müddətdi bu, təbiidən süniyə iki günə keçid də azdı, məcbur oldum bəzi oyunçulara istirahət verdim. Bizi ağır oyun gözləyir.

- Abışovun yoxluğunda Sadiqov stoper oynayır. Çətindimi belə sizinçün?

- O, universaldı. Antalyada sağda oynatdım, alındı, yaşı da elədi ki, təcrübəsi bəs edir. Qışda ancaq yarımmüdafiəçi və hücumçu cəlb etdik. Müdafiədəkilər məni qane edir. Rəşad, Ruslan, Petrov - hər üçü. Seçim etmək çətindi. Rəşaddan razıyam.

Milli.Az