"Fazilet hanım və kızları"nın Yasini Türkiyə gözəli ilə eşq yaşayır - FOTO

16 Aprel 2018 00:45

"Fazilet hanım və kızları" serialında Yasin obrazını canlandıran aktyor İdris Nebi Taşkan yeni sevgi münasibətinə başlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor "Miss Türkiyə 2015" gözəli Ecem Çırpanla eşq yaşayır.

Cütlük ötən gün kafelərdən birindən çıxarkən görüntülənib. Ecem üzünü gizlətməyə çalışsa da, Nebi əlinə telefon alaraq kameralara gülümsəyib.

İkili "Nə vaxtdan birlikdəsiniz" sualını cavabsız qoyub.

Milli.Az