Bakıda 15 milyona torpaq sahəsi satılır - VİDEO

15 Aprel 2018 21:07

Paytaxtda bir kvadratmetri 15 minə torpaq satılır. Bu o deməkdir ki, 10 sot torpaq həmin yerdə 15 milyon manatdır

Bəzən elan saytlarında bir kvadratmetri 10-15 min manata torpaq sahəsi satılır elanlarına rast gəlinir. Adətən sotla satılan torpaqların kvadratmetrlə satılması daha çox şəhərin mərkəzi yerlərinə aid torpaqlara şamil edilir. Ekspertlər bildirirlər ki, belə elanlar olsa da bu real bazar tələbi ilə üst-üstə düşmür.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ekspert Nofəl Quliyev bildirir ki, kvadratmetrlə torpaq satışı ancaq elit yerlərdə ticarət mərkəzlərində olan sahələrə aiddir. Belə yerlərdə bir kvadratmetr ərazi 5 min manat təklif olunur.

Onu da qeyd edək ki, hazırda ən bahalı torpaq satılan ərazilər Nərimanov rayonunda, Badamdar Qəsəbəsində və Səbail rayonunun bəzi ərazilərindədir. Bu yerlərdə torpağın bir sotunun qiyməti 200-300 min manat arasında dəyişir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda 15 milyona torpaq sahəsi satılır