Hollandiyada cənazə sərgisi keçirilib - FOTO

15 Aprel 2018 20:48

Bu il Hollandiyada üçüncü dfə cənazə sərgisi təşkil edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, sərgi Vesterkerk Kilsəsində baş tutub.

Xristian dünyasında dəfn mərasimlərində istifadə edilən əşyalar və mərasimlər sərgidə təqdim edilib.

Sərgidə cənazə mərasimlərinin növləri, fərqli material və ağaclardan hazırlanmış tabutlar, mərasimə qatılanlara verilmək üçün fərqli hədiyyələr, məzar daşları və alternativ musiqilər təqdim olunub.

Şirkətlər əşyalar və mərasimlər barədə sərgi iştirakçılarına məlumat veriblər.

Milli.Az