“Opera VPN” servisi fəaliyyətini dayandırır

15 Aprel 2018 20:16

"Opera VPN"in rəsmi saytında bildirildiyinə görə, aprelin 30-dan etibarən bu servis fəaliyyətini dayandıracaq.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu qərarın hər hansı səbəbi açıqlanmır.

Əlavə olunur ki, "Opera Gold" ödənişli paketinin istifadəçiləri sonrakı 1 il ərzində analoji "SurfEasy Ultra VPN" pulsuz servisindən istifadə edə bilərlər.

"Opera VPN" servisi VPN xidməti göstərən servislər arasında ən məşhuru idi.

Milli.Az