Bakıda mağaza yanıb

15 Aprel 2018 20:03

Bu gün Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m2 olan mağazanın yanar konstruksiyaları yanıb.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, bitişik sex və digər obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Milli.Az