Deputat Astan Şahverdiyev dəfn edilib

15 Aprel 2018 20:00

Bu gün vəfat edən Azərbaycan Milli Məclisinin üzvü Astan Şahverdiyev dəfn edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, A. Şahverdiyev Bakıda "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, 1947-ci ildə anadan olan A. Şahverdiyev bu gün səhər saatlarında Qusar rayonunda qəfil ürək tutmasından dünyasını dəyişib.

Milli.Az