Qvardiola: "Bu, karyeramın ən uğurlu 3 mövsümündən biri olacaq"

15 Aprel 2018 19:01

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 34-cü turunda "Tottenham" üzərində qazanılan səfər qələbəsindən (3:1) sonra fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, katalon mütəxəsis İngiltərə çempionatının Çempionlar Liqasından daha çətin olduğuna işarə edib.

"Üç gündən bir meydana çıxmağın necə çətin olduğunu təsəvvürünüzə gətirə bilməzsiniz. Çempionlar Liqasında 7 oyun keçirirsən. Bir pis oyun mübarizəni dayandırmaqla nəticələnir. Çempionatın isə hər oyununda yüksək səviyyədə olmaq lazımdır.

Bu, futbolçu və məşqçi kimi karyeramın ən uğurlu 3 mövsümündən biri olacaq. Premyer Liqada xeyli xal toplamışıq, çox qol vurmuşuq, təhlükəli vəziyyətlər yaratmışıq. Bunun səbəbi futbolçuların çox yaxşı olmasıdır. "Tottenham"lə qarşılaşma son həftə baş verənlərdən sonra faydalı sınaq idi. Biz baxımlı oyun göstərdik. "Manchester City"nin 87 xalı var. 5 oyun qalır. Deyirlər ki, son həftədə biz böyük uğursuzluqla üzləşmişik. Amma çempionat hər şey deməkdir. Komanda 9 ay ərzində əla təsir bağışladı. Əvvəlcə etdiklərimiz reallıq kimi görünmürdü. Oyunçular mənim tərəfimdən böyük hörmətə layiqdir".

Milli.Az