Putin və Ruhani Suriyanı müzakirə ediblər

15 Aprel 2018 18:30

Bu gün Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaniarasında telefon danışığı olub.

APA-nın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya və İran prezidentləri ABŞ, İngiltərə və Fransanın raket zərbəsindən sonra Suriyadakı vəziyyəti müzakirə ediblər.

V. Putin və H. Ruhani ABŞ və müttəfiqlərinin hüquqa zidd bu addımının Suriya böhranının siyasi yolla tənzimlənməsi perspektivinə ciddi zərbə vurduğunu qeyd ediblər. Rusiya prezidenti qeyd edib ki, əgər BMT Nizamnaməsinə zidd bu fəaliyyət davam edərsə, bu, beynəlxalq münasibətlərdə xaosa gətirib çıxara bilər.

Rusiya və İran prezidentləri Yəmən də daxil olmaqla, Yaxın Şərq regionunda vəziyyətlə bağlı da müzakirə aparıblar. Tərəflər iqtisadi-ticari sfera da daxil olmaqla, iki ölkə arasında münasibətlərin inkişafında maraqlı olduqlarını vurğulayıb.

Milli.Az