Bakıda mikroavtobus və minik avtomobili toqquşdu: yaralanan var

15 Aprel 2018 17:13

Bu gün Bakı şəhəri, Qaradağ rayonunda "Mercedes" markalı mikroavtobus və "Mercedes" markalı minik avtomobili toqquşub.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Milli.Az