Ərdoğanın müavini: «Türkiyə Minsk qrupunun həmsədrinə çevrilib»
30 Mart 2010 16:28
Milli.Az xəbər portalının məlumatına görə, yerli "Star" qəzetinə müsahibəsində o, bu gün situasiyanın fərqli olduğunu, Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həlli proesində real addımların atılmasını istədiyini bildirib: "Türkiyə Minsk qrupunun həmsədri adlandırılmasa da, demək olar ki, həmsədrlərdən birinə çevrilib. Lakin nəticənin nə vaxt əldə ediləcəyini söyləyə bilmərəm. Amma hər halda, Türkiyə-Ermənistan münasibətləri normallaşacaq. Nə zaman ki biz Qarabağ probleminin həlli üzrə yol xəritəsini görəcəyik, o zaman da nəticəyə nail olacağıq".
Milli.Az