Elon Maskın reallaşdırmaq istədiyi ən maraqlı 3 layihə

17 Aprel 2018 08:59

SpaceX və Tesla Motors ilə hər kəsin tanıdığı Elon Maskın gələcək üçün bir çox planı var. Amma bunlardan 3-ü reallaşmağa daha yaxındı və insanlıq üçün daha faydalı olacaqdır. Hal-hazırda SpaceX şirkətinə 500 milyon dollar dəyərində investisiya ayıran Elon Mask bu 3 layihəni reallaşdırmağı planlayır. Hesablamalara görə, SpaceX şirkətinin ümumi büdçəsi 27.5 milyard dollar dəyərindədir. Technote olaraq, SpaceX şirkətinin ən maraqlı və reallaşması planlanan 3 layihəni sizlərə təqdim edirik.

1. Starlink         

Milli.Az technote.az-a istinadən bildirir ki, SpaceX şirkətinin ən böyük layihələrindən biri olan Starlink Yer planetinin ətrafına 12 min ədəd peyk göndərərək, istənilən nöqtəni limitsiz internet ilə təmin etməkdir. Mask bunu kəsintisiz internet təcrübəsini insanlara yaşatmaq üçün istədiyini vurğulayır. Əlbəttə, 12 min ədəd peykin istehsalı və dövlətlərin buna icazəsi bir az çətin məsələ kimi görünür, amma Maskın dediyinə görə, Starlink layihəsi baş tutarsa, insanları ən az məbləğ qarşılığında internet ilə təmin edə biləcəklər.

2. Big Falcon Raketi    

6 Fevralda bildiyimiz kimi SpaceX şirkəti Falcon Heavy raketlərini işə saldı. Bu tarixdən sonra sızdırılan məlumatlara görə, Mask mühəndislik mənbələrinin çox hissəsini BFR adlı bir sistemə fokuslayır. Açılışı Big Falcon Rocket olan və Marsa birbaşa 100 nəfər insan və 150 tona qədər yük daşıya bilən bu raketin dəfələrlə istifadəsi nəzərdə tutulur. Yəni eniş etdikdən sonra təkrar istifadəyə yararlı olacaq. Ayrıca 348 metrlik təkrar fırladıla bilinən sistemə malik olan bu raket SpaceX üçün önəmli addım olacaq.

3. Ən sürətli nəqliyyat vasitəsini təmin etmək.    

Mask bu layihə haqqında danışarkən deyir ki, "Əgər biz bu texnologiyaları Ay və ya Mars-a getmək üçün istifadə ediriksə, niyə dünyanın başqa bir nöqtəsinə sürətli şəkildə getmək üçün istifadə etməyək?" Yayımlanmış bir SpaceX videosuna görə, insanlar 25 dəqiqə ərzində Los Angelos-dan New York-a, 27 dəqiqə ərzində Bangok-a, 29 dəqiqə ərzində London-a, 40 dəqiqə ərzində isə Dehli və San-Francisco kimi yerlərə uça bilərlər. Shotwell-in dediklərinə, irəlidəki 10 il ərzində bu sistem tətbiq edilməyə hazır olacaq və insanlar istifadə edə biləcəklər.

Milli.Az