Sosial Müdafiə Fondunun mühafizəçisinin meyiti tapıldı... - FOTO

15 Aprel 2018 13:03

Lənkəranda Dövlət Sosial Müdafiə Fondunun mühafizəçisi ölü vəziyyətdə tapılıb.

Milli.Az-ın report-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran Şəhər Şöbəsində təxminən 60 yaşında olan Axundov Seyran Fəxrəddin oğlu gözətçi otağında ölmüş vəziyyətdə iş yoldaşları tərəfindən aşkar olunub.

Dərhal təcili yardım xidmətinə məlumat verilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az