4 seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

15 Aprel 2018 11:54

Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərində dörd seçki məntəqəsində seçkilərin nəticələri etibarsız sayılıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qəbul edilib.

Beləliklə, 57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 26 saylı, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı və 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 seçki məntəqələrində nəticələr ləğv olunub. 57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı və 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı seçki komissiyaları isə buraxılıb.

57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı və 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 seçki məntəqələrinin seçki komissiyaları isə buraxılıb.

Milli.Az