“Qarabağ” çempionluğun bir addımlığında…

15 Aprel 2018 11:17

Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində aprelin 15-də keçiriləcək "Qəbələ" - "Səbail" qarşılaşmasının nəticəsindən asılı olaraq, "Qarabağ" klubunun çempionluğu rəsmiləşə bilər.

Yenicag.az xəbər verir ki, bu tur çərçivəsində keçirilən səfər oyununda "Kəpəz" komandasına qalib gələn Ağdam təmsilçiləri çempionluğun bir addımlığındadır. Əgər "Qəbələ" futbolçuları "Səbail" klubu ilə qarşılaşmada 3 xal əldə edə bilməsələr, "Qarabağ" vaxtından əvvəl Azərbaycan çempionu tituluna sahib olacaq.

Xatırladaq ki, "Kəpəz" üzərində qələbədən sonra "Qarabağ" xallarının sayını 56-ya çatdırıb. Onun ən yaxın izləyicisi olan "Qəbələ" komandasının hesabında isə 41 xal var.

Milli.Az