Ağsuda çörək sexində yanğın - YENİLƏNİB - FOTO

15 Aprel 2018 14:29

14:29

Səhər saat 10 radələrində Ağsu rayonunda ümumi sahəsi 345 m2 olan çörək sexinin yanar konstruksiyaları 313 m2 sahədə yanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, rayon mərkəzi bazarına bitişik olan sexdə bütün əşyalar yanıb.

Sexin qalan hissəsi və yaxınlıqdakı digər obyektlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən təqribən 20 dəqiqə ərzində söndürülüb.

----------
11:10

Ağsu rayonunun mərkəzi hissəsində yerləşən bazarda yanğın hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğın Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğının hansı səbəbdən baş verdiyi bilinmir. Hazırda onun söndürülməsi istiqamətində iş aparılır.

Əlavə məlumat veriləcək.

Milli.Az