Qubaya 55 sm hündürlüyündə qar yağıb - YENİLƏNİB - FOTO

15 Aprel 2018 11:11

11:11

Qubanın ucqar dağ kəndlərinə qar yağıb.

Milli.Az report-a istinadən xəbər verir ki, ötən günün ikinci yarısından başlayan güclü yağış gecə saatlarında qar ilə əvəzlənib.

Yağıntı Qalaxudat, Qrız, Buduq, Zeyid və Xınalıq kəndlərində qeydə alınıb. Xınalığa düşən qarın hündürlüyü 55 santimetrə çatır.

----------
10:55

Ötən gün axşam saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, bölgəyə qar yağmağa başlayıb.

Quba və Qusarın dağlıq ərazilərinə 48 sm qalınlığında qar düşüb. Havanın temperaturu mənfi 1-6 dərəcə arasında dəyişir.

Qubanın Xınalıq kəndinə 48 sm, Qırız kəndində 28 sm, Xaltanda 12 sm, Qusarın Ləzə kəndində isə 20 sm, Xızının Altıağac qəsəbəsində 16 sm qalınlığında qar yağıb.

Milli.Az