Ukraynada partlayış olub

15 Aprel 2018 09:52

Ukraynanın paytaxtı Kiyevdə partlayış olub.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə "Kiyevenerqo"nun binasının qarşısında baş verib.

Polis insidentin səbəblərinin araşdırır.

Hadisənin yerli vaxtla saat 00:40-da qeydə alındığı bildirilir.

Məlumata əsasən, partlayış nəticəsində xəsarət alan olmayıb, lakin binanın fasadına zərər dəyib.

Milli.Az