Azərbaycanda turist avtobusları "Wi-Fi"la təchiz olunacaq

15 Aprel 2018 09:04

Azərbaycanda ekskursiya avtobuslarını portativ 3G/4G Wi-Fi routerləri ilə təchiz etmək planlaşdırılır.

Milli.Az bildirir ki, bu barədə Trend-ə "Simbrella" şirkətindən məlumat verilib.

Qeyd olunur ki, söhbət ölkə daxilində görməli yerlər ətrafında səyahət edən turist avtobuslarından gedir:

"Əlbəttə, "Wi-Fi" şəbəkəsi ilə təchiz olunmuş turist avtobusları var, amma onlarda giriş sayı üzrə məhdudiyyətlər qoyulub. Biz isə sərnişin sayı 30 və daha çox olan avtobuslarda bütün sərnişinlərin internetə rahat daxil olması üçün imkan yaratmağı planlaşdırırıq".

Şirkətdən o da bildirilib ki, qurğular ekskursantlar tərəfindən müəyyən müddətə icarəyə götürülə də bilər.

Milli.Az