Putini təhqir etmək yolverilməzdir - Rusiya səfirliyi

14 Aprel 2018 23:54

Rusiyanın ABŞ-dakı səfirliyi Qərb ölkələri tərəfindən Suriyaya atılan hava hücumları ilə bağlı açıqlama yayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, səfirlik ABŞ-ı Putini təhqir etməkdə günahlandırıb:

"Son baş verən hadisələrə görə Vaşinqton, London və Paris məsuliyyət daşıyır. Rusiya prezidentini təhqir etmək yolverilməz və qəbuledilməzdir. Kimyəvi silahların ən böyük arsenalına sahib olan ABŞ-ın digər ölkələri günahlandırmaq üçün mənəvi haqqı yoxdur".

Milli.Az