Rusiya geri addım atdı: Əməkdaşlığa hazırıq

14 Aprel 2018 23:52

Rusiya ABŞ və digər ölkələrlə əməkdaşlığa hazırdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Xarici İşlər Nazirliyindən verilən məlumatda Rusiyanın ABŞ və digər ölkələrlə dialoq mühitinin yaradılması üçün də hərəkətə keçdikləri bildirilib.

Qeyd edək ki, ABŞ və müttəfiqlərinin Suriyaya zərbə endirməsinə Rusiya çox sərt reaksiya vermişdi. Rusiya Prezidenti Vladimir Putin terrorla mübarizənin ön planda olduğu bir suveren dövlətə qarşı belə bir əməliyyatın təcavüz aktı olduğunu qeyd etmişdi.

Milli.Az