Sabirabadda televizor yandı, qadın xəsarət aldı

14 Aprel 2018 22:36

Sabirabadda baş verən yanğın zamanı ev sahibi yanıq xəsarətləri alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında Sabirabad şəhəri, Muğan prospekti ev 34-də qeydə alınıb.

Həmin ünvanda yaşayan 1955-ci il təvəllüdlü Rzayeva Firuzə Hacıbala qızı evdəki televizorun yanması zamanı aşağı ətrafından yanıq xəsarətləri alıb. Yaralı Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az