Zaxarova ABŞ-ın Suriyanı bombalamasını “başa düşmür”

14 Aprel 2018 19:57

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, ABŞ və Suriya müttəfiqlərinin hərbi kampaniyası "məntiqi baxımdan anlaşılmır".

Milli.Az oxu.az-a istinadən bildirir ki, Zaxarova bildirib: "Məqsədi məntiq və effektivlik baxımından izah etmək mümkün deyil. Sadəcə bunu illər əvvəl həyata keçirmək istədikləri "Əsəd getməlidir" konsepsiyasına və "ərəb baharı" ideyasına uyğun aydınlaşdırmaq olar".

Milli.Az