“Lokomotiv”dən asan qələbə, “Neftçi” uduzdu - YENİLƏNİB

14 Aprel 2018 19:59

19:59

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında pley-off mərhələsinə start verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, mərhələnin ilk matçında "Lokomotiv" MOİK-i sınağa çəkib.

Görüş gözlənildiyi kimi "dəmiryolçular"ın 3:0 hesablı asan qələbəsi ilə yekunlaşıb.

Ardınca "Sərhədçi" və "Neftçi" bir-birini sınağa çəkib. İlk seti "Neftçi" qazansa da, sonradan toparlanan Ziya Rəcəbovun komandası 3:1 hesabl ilə qalib gəlib.

Qeyd edək ki, 2 qələbə qazanacaq komanalar finala yüksələcək. Əgər 2 oyundan sonra hesab bərabər olarsa, üçüncü görüş təşkil olunacaq. 

Pley-off mərhələsi

İlk oyunlar

14 aprel

"Sərhədçi" - "Neftçi" - 3:1 (22:25, 25:20, 25:18, 25:22)

"Sərhədçi" Olimpiya İdman Mərkəzi

"Lokomotiv" - MOİK - 3:0 (25:20, 25:20, 25:18)

Voleybol Mərkəzi

19:19

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında pley-off mərhələsinə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, mərhələnin ilk matçında "Lokomotiv" MOİK-i sınağa çəkəcək.

Azərbaycan çempionu görüşdə aşkar favoritdi. Onların set itirəcəyi belə proqnozlaşdırılmır.

Ardınca "Sərhədçi" və "Neftçi" bir-birini sınağa çəkəcək. Ziya Rəcəbovun komandasının çempionatın əsas hissəsində olduğu kimi bu dəfə də qalib gələcəyi gözlənilir. 

Qeyd edək ki, 2 qələbə qazanacaq komanalar finala yüksələcək. Əgər 2 oyundan sonra hesab bərabər olarsa, üçüncü görüş təşkil olunacaq. 

Pley-off mərhələsi

İlk oyunlar

14 aprel

"Sərhədçi" - "Neftçi" - 1:1 (25:20, 22:25)

"Sərhədçi" Olimpiya İdman Mərkəzi

"Lokomotiv" - MOİK - 3:0 (25:20, 25:20, 25:18)

Milli.Az