Alman gimnast: Bakıda batut gimnastikası üzrə Avropa çempionatının açılış mərasimi möhtəşəm idi

14 Aprel 2018 18:57

Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının açılış mərasimi möhtəşəm idi.

Milli.Az bildirir ki, bunu Trend-ə almaniyalı gimnast Kayo Lauksterman deyib.

O, Azərbaycanın təşkilatçılığını bəyəndiyini bildirib: "Azərbaycan Gimnastika Federasiyası əla iş görüb, hər şey gözəl təşkil olunub. Aprelin 12-də möhtəşəm açılış mərasimi keçirildi, maskot-qurbağalar ideyası isə sadəcə əla idi".

İdmançı ilk dəfə Azərbaycanda olduğunu və burada hər şeyi çox bəyəndiyini də qeyd edib:

"Müxtəlif ölkələrdən bu qədər gimnastın çıxışını görmək məni motivasiya edir və daha yaxşı çıxış etməyimə kömək edir".

Qeyd edək ki, Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının üçüncü günü davam edir.

Azərbaycanı İlya Qrişunin, Ruslan Ağamirov, Veronika Zemlyanaya, Svetlana Makştarova və Selcan Maqsudova təmsil edir.

Milli.Az