"Azərbaycanda "Mercedes"i olan ilk qadın mənəm"

14 Aprel 2018 18:40

Əməkdar artist Kəmalə Rəhimli "O Başdannan" verilişinin qonağı olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni həyatından bəhs edib. O bildirib ki, Azərbaycanda ilk dəfə "Mercedes" markalı avtomobil alan qadın olub:

"Almaniyadan gətirmişdik. Cavanşir Məmmədovun köməkliyi ilə gətirmişdim. İndi maşın sürmürəm".

Almaniyada yaşayan K.Rəhimli ancaq orada toya getdiyini söyləyib.

Əməkdar artist Cavanşir Məmmədov bildirib ki, həyat yoldaşı İlyas sənətçiyə avtomobil idarə etməyə icazə vermir.

Milli.Az