​Zaqatalada idarəetməni itirən yük maşını aşdı - VİDEO - FOTO

14 Aprel 2018 15:00

Səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunda ağır tonnajlı yük avtomobili aşıb.

Milli.Az ARB Şəki-yə istinadla xəbər verir ki, hadisə yolun 124-cü km-də, Zaqatala ərazisində qeydə alınıb.

Sədiyar Dadaşov idarə etdiyi 24-AC-337 dövlət nömrə nişanlı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Xoşbəxtlikdən qəzadan sürücü xəsarətsiz ötüşüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

​ ​Zaqatalada idarəetməni itirən yük maşını aşdı