"Əməliyyatdan əvvəl bizə məlumat verildi" - Türkiyə hakim partiyası

14 Aprel 2018 13:04

"Bizə əməliyyatdan əvvəl məlumat verildi".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının başqan müavini, partiya sözçüsü Mahir Ünal deyib.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən verilən rəsmi açıqlamada ABŞ, Britaniya və Fransa tərəfindən Suriyada həyata keçirilən hərbi əməliyyat dəstəklənib.

Milli.Az