Qız özünü qəsdən yük maşınının qabağına atdı - VİDEO - FOTO

14 Aprel 2018 15:18

Yük maşınının içərisinə qurulan kameraya düşən görüntülər sosial şəbəkədə izləyiciləri təəccübləndirib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, görüntülərdə yol kənarında dayanan qızın özünü qəsdən yük maşınının qarşısına atması əks olunub.

Başı avtomobilin ön şüşəsinə dəyən qız yerə yıxılıb. Onun vəziyyəti ilə bağlı məlumat verilmir.

İddialara görə, qız sığorta şirkətini aldatmaq üçün belə edib.

Kadrlar Rusiyanın Klin şəhərində çəkilib.

Videonu izləmək üçün şəklə klikləyin:

Qız özünü qəsdən yük maşınının qabağına atdı

Emin
Milli.Az