"Suriya 103 raketdən 71-ni vurub" - Rusiya ordusu Baş Qərargahı

14 Aprel 2018 12:50

"Suriya hava hücumundan müdafiə vasitələri ölkə ərazisinə buraxılmış 103 qanadlı raketdən 71-ni vurub".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş operativ idarəsinin rəisi, general-polkovnik Sergey Rudkoy deyib.

S. Rudskoy bildirib ki, ABŞ və müttəfiqləri tərəfindən Suriyaya qarşı endirilən zərbələr bu ölkənin beynəlxalq terrorizmə qarşı uğuruna reaksiyadır.

Milli.Az